Azərbaycan diasporunun Moskvada rəhbəri Elşən İbrahimov ölkədən deportasiya edilir.
Tvit.az-ın “Baza” telegram-kanalına istinadən verdiyi xəbərə əsasən, bir neçə gün bundan əvvəl o Rusiya vətəndaşlığından məhrum edilib.
Məlumata əsasən, hazırda E.İbrahimov Moskvanın Şeremetyevo aeroportundadır və “Aeroflot”un gecə reysi ilə Bakıya göndəriləcək.