Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Fərid Abuşov "Unibank"ın sədri vəzifəsindən getdi
sosial

Fərid Abuşov "Unibank"ın sədri vəzifəsindən getdi

08-07-2025 15:00 31 Baxış
IMG

“Unibank” Kommersiya Bankı ASC-nin Səhmdarlarının İllik Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti yenidən formalaşdırılıb.

"Tvit.az" xəbər verir ki, qəbul edilmiş qərar Bankın korporativ idarəetmə strukturunun təkmilləşdirilməsi və gələcək inkişaf hədəflərinə uyğunlaşdırılması məqsədini daşıyır.

Təsdiqlənmiş tərkibə əsasən, İdarə Heyəti sədrinin müavini Heybət Qədirov müvəqqəti olaraq İdarə Heyətinin sədri vəzifəsini icra edəcək. Heybət Qədirov 2008-ci ildən "Unibank" komandasının üzvüdür. Bu təyinatadək müxtəlif vəzifələrdə çalışıb. 

Yeni tərkibə əsasən, İdarə Heyətinin digər üzvləri isə Baş Maliyyə İnzibatçısı Faiq Zeynalov və Baş Risk İnzibatçısı Andrey Qrabdır.

"Unibank" KB-nin İdarə Heyətinin sədri Fərid Abuşov öz istəyi ilə bankdan ayrılıb.