Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlarda ölənlərin sayı 72-yə çatıb.
Tvit.az xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakət İdarəsi açıqlama verib.
Açıqlamada yağışlar nəticəsində həyatını itirənlərin sayının 72-yə yüksəldiyi, 130-dan çox insanın yaralandığı vurğulanıb.
Elmin Alışov