Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Namiq Həsənov vəzifəsindən azad edilib.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, onun yerinə hələlik təyinat aparılmayıb.
Qeyd edək ki, N.Həsənov sözügedən vəzifəyə ötən ilin fevral ayında təyin olunmuşdu.
2018-ci ildən sözügedən vəzifəsinə qədər Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri vəzifəsində çalışıb.