Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Aİ Moldova üçün ilk yardım tranşını aparıb
dünya

Aİ Moldova üçün ilk yardım tranşını aparıb

04-07-2025 21:00 32 Baxış
IMG

Avropa İttifaqı Moldova üçün nəzərdə tutulmuş 1,9 milyard avroluq proqram çərçivəsində 217 milyon avro həcmində ilk yardım tranşını ayırıb.

Tvit.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ–Moldova sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

 “Bu gün Moldova üçün artım planı çərçivəsində 217 milyon avro həcmində yardım ayırdığımızı elan edirik. Moldova islahatlar üzrə öhdəliklərini yerinə yetirib, Aİ isə öz yardım öhdəliyini yerinə yetirir”.

 Onun sözlərinə görə, bu, 1,9 milyard avroluq proqramdan ilk tranşdır.

Aysel Şirinova