Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ölkə ərazisində küləkli hava şəraiti davam edir
sosial

Ölkə ərazisində küləkli hava şəraiti davam edir

04-07-2025 19:00 24 Baxış
IMG

İyulun 4-ü saat 19:00-a olan məlumata əsasən ölkə ərazisində küləkli hava şəraiti davam edir.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23, Culfada 22, Neftçala və Gəncədə 20, Goranboyda 19, Naftalanda 18, Şirvanda 16 m/s-yə çatır.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında və Naxçıvan MR-da 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.