Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Rusiyada azərbaycanlı qadın saxlanıldı - Səbəb
sosial

Rusiyada azərbaycanlı qadın saxlanıldı - Səbəb

04-07-2025 19:00 30 Baxış
IMG

Rusiyanın Soçi şəhərində “Ukraynaya eşq olsun!” şüarını səsləndirən azərbaycanlı qadın saxlanılıb.

 

Tvit.az Bakupost.az-a istinadən xəbər verir ki, yerli sakinlər Krasnodonskaya küçəsi ilə gəzərək Ukraynaya dəstək şüarları səsləndirən 40 yaşlı Esmira B.-dən polisə şikayət ediblər. İlkin məlumata görə, qadın Rusiya-Azərbaycan münasibətlərində yaranmış gərginliklə bağlı etirazını bildirmək istəyib.

 

Qeyd olunur ki, Esmira özü Rusiya vətəndaşıdır, lakin Azərbaycanda doğulub və bir müddət burada yaşayıb.

 

Şikayətdən iki gün sonra qadın saxlanılıb. Onun barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.3-cü maddəsi (faşist simvollarının təbliği və ya ictimai nümayişi) ilə inzibati protokol tərtib edilib.

 

Esmira 15 sutkaya qədər həbs oluna bilər.