Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu
sosial

Ukraynada azərbaycanlı yüksək vəzifəyə təyin olundu

02-07-2025 21:00 32 Baxış
IMG

Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib.

 

Bu barədə Tvit.az-a Ukraynanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.


Amil Ömərovun prokurorluq orqanlarında kifayət qədər təcrübəsi var. O, son 9 ildə prokurorluq orqanlarında rəhbər vəzifələrdə, xüsusən 2021-ci ildən - Xarkov şəhərinin Şevçenko rayon prokuroru kimi fəaliyyət göstərib.

 

Namizədlik müstəsna olaraq peşəkar keyfiyyətlər, təcrübə və qanunvericilik meyarlarına uyğunluq nəzərə alınmaqla - Ukrayna Prokurorlar Şurasının müvafiq tövsiyəsindən sonra təyin edilib. İcra müddəti 5 ildir.

 

Qeyd edək ki, Amil Ömərov Azərbaycanın diaspor fəalı, dövlət idarəetməsi üzrə elmlər doktoru professor Azad Ömərovun oğludur.