ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb.
Tvit.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində bildirib.
“İsrail 60 günlük atəşkəsin bağlanması üçün lazımi şərtləri qəbul etdi. Bu müddət ərzində bütün tərəflərlə birlikdə müharibəni bitirmək üçün çalışacağıq”,- deyə Tramp qeyd edib.
Elmin Alışov