ABŞ-da 10-dan çox İran vətəndaşı həbs edilib.
Tvit.az bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.
Saxlanılanlardan biri, Hizbullah ilə əlaqələrini etiraf edən SEPAH-ın keçmiş zabitidir. Tutulan daha bir şəxs terrorçuluqda şübhəli bilinənlər siyahısındadır. Daha beş nəfər isə cinayətdə şübhəli bilinir.
Qeyd edək ki, bu yaxınlarda ABŞ-də qeyri-qanuni yaşayan 130 İran vətəndaşı həbs edilib.
Elmin Alışov