Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başladı
sosial

Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başladı

01-07-2025 12:00 32 Baxış
IMG

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb.

 

Tvit.az xəbər verir ki, Bakir Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır.

 

Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq.

 

Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.