Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial DİN “Sputnik Azərbaycan"da qanunsuz maliyyələşmə ilə bağlı araşdırmalara başlayıb
sosial

DİN “Sputnik Azərbaycan"da qanunsuz maliyyələşmə ilə bağlı araşdırmalara başlayıb

30-06-2025 18:00 22 Baxış
IMG

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var:

 

"Əməliyyatla bağlı əlavə məlumat veriləcək", -deyə məlumatda qeyd edilir.