Hazırda “Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
"Tvit.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis ofisi nəzarətə götürüb.
Qeyd edək ki, bir müddət əvvəl “Sputnik-Azərbaycan”ın fəaliyyəti dayandırılmışdı.
Buna baxmayaraq, agentliyin fəaliyyətini davam etdirdiyi, əməkdaşların işə çıxdığı məlum olub.