"Inter Global Game" (IGG) özəl şirkəti Rusiyada öz kosmodromunu tikmək imkanı qazanıb.
Tvit.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Təşkilatın təsisçisi Dmitri Antoniçev deyib:
“Biz burada hazırlanmış və istehsal olunan raketlər və peyklər sayəsində kosmosa çıxışı təmin edəcək özəl kosmodrom tikməyi planlaşdırırıq”.
Onun sözlərinə görə, “Noy Space Technologies” qrupunun peykləri kosmodromdan buraxıla bilər. IGG Arktika və Uzaq Şərqin çətin əldə edilən bölgələrini rabitə ilə təmin etmək üçün nəzərdə tutulmuş 80-dən çox kosmik gəmini buraxmağı planlaşdırır.