18-27 yaş arası gənc ukraynalı qadınların ölkədən çıxışı qanunvericilik səviyyəsində qadağan edilməlidir.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, bu təkliflə Ukraynanın “Azadlıq” telekanalının efirində Ukraynanın Avropaya inteqrasiya naziri Olqa Stefanişina çıxış edib.
"Gənc qızlar Polşaya və Almaniyaya gedəndə biz nəinki onları, hətta onların dünyaya gətirə biləcəyi uşaqları da itiririk. Mən qanuni olaraq 18-27 yaş arası qızların Ukraynanı tərk etməsini qadağan edərdim", - idarə rəisi bildirib.
Aysel Şirinova