Tramp CNN və New York Times-ı ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbənin Tehranın nüvə silahı istehsal etmək qabiliyyətini tam pozmadığına dair iddialarına görə yalan danışmaqda ittiham edib.
Tvit.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” hesabında bildirib.
“Saxta xəbər kanalı CNN, uğursuz New York Times ilə birlikdə tarixin ən uğurlu hərbi hücumlarından birini səmərəsiz etmək üçün birləşdi”,- deyə Tramp vurğulayıb.
Elmin Alışov