İranın Qətərdəki Əl-Udeyd aviabazasına endirdiyi zərbə nəticəsində Birləşmiş Ştatlar qoşunları arasında heç bir itki qeydə almayıb.
Tvit.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" ABŞ rəsmisinə istinadən məlumat yayıb.
“İranın raket hücumu nəticəsində Qətərdəki Amerika hərbçiləri arasında hər hansı itki qeydə almamışıq", - deyə bildirilib.
Bundan əvvəl Pentaqon İranın Qətərdəki ABŞ-ın Əl-Udeyd aviabazasına qısa və orta mənzilli raketlərlə hücum etdiyini təsdiqləyib.
Aysel Şirinova