Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakıdan uçan təyyarə geri qayıdır
sosial

Bakıdan uçan təyyarə geri qayıdır

23-06-2025 22:00 24 Baxış
IMG

Azərbaycan Hava Yollarına (AZAL) məxsus AHY8205 reysi ilə Bakıdan Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə hərəkət edən təyyarə Aralıq dənizinin şərqində, Kipr yaxınlığında səmada dönüb və hazırda Bakıya qayıdır.

"Tvit.az" xəbər verir ki, bu barədə "Flightradar24"ün məlumatında bildirilir.

Marşrutun dəyişdirilməsinin səbəbləri hələlik rəsmi olaraq açıqlanmayıb. Lakin dönüş Fars körfəzi regionunda gərginliyin artması fonunda, xüsusən də İranın Qətərdəki ABŞ-ın Əl-Udeyd aviabazasına raket zərbəsi endirməsindən və Qətər, Bəhreyn və bəzi məlumatlara görə, BƏƏ də daxil olmaqla bir sıra ölkələr üzərində hava məkanını müvəqqəti bağlamasından sonra baş verib.