Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu rayonlarda leysan yağır, Zaqataladan sel keçir
sosial

Bu rayonlarda leysan yağır, Zaqataladan sel keçir

23-06-2025 19:00 23 Baxış
IMG

İyunun 23-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı keçir.


Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

 

Belə ki, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Naftalan, Tərtər, Şəmkir, Balakən, Zaqatala, Şəkidə arabir leysan xarakterli yağış yağır.

 

Yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir.