OPEC-in baş katibi Haitham al-Ghais ŞPİEF-in səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə ilk görüşündə Rusiya liderinə çətin günlərdə qlobal enerji bazarlarının sabitliyini dəstəklədiyinə görə təşəkkür edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"OPEC+ və əməkdaşlığımıza gəldikdə isə təşkilat və iştirakçı dövlətlər adından Şəxsən Sizə, cənab Prezident, eləcə də Baş nazirin müavini Aleksandr Novaka öz minnətdarlığımı bildirmək istəyirəm. Siz son vaxtlar ən çətin anlarda bazarların dayanıqlığının qorunmasında bizə dəstək verdiniz", - deyə o, bildirib
Aysel