Rusiya və Amerika Birləşmiş Ştatları arasında münasibətlərdə “simmetriya”nın bərpa olunmağa başladığı müşahidə olunur.
Tvit.az xəbər verir ki, bu barədə Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl danışıb.
“Bunu Rusiya-Amerika münasibətləri kontekstində anlamaq vacibdir, çünki hazırda biz simmetriyanın geri qayıtmasını müşahidə edirik və bu, həqiqətən də önəmlidir”, — deyə o vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqton və Moskva arasında münasibətlərdə yenidən tarazlıq yaranmağa başlayır. Knaysl həmçinin 2001-ci ildə Sloveniya-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Corc Buş arasında keçirilmiş sammiti də xatırladıb.