Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial İranda baş verənlərdən sonra Azərbaycanda radiasiya təhlükəsi araşdırılır
sosial

İranda baş verənlərdən sonra Azərbaycanda radiasiya təhlükəsi araşdırılır

13-06-2025 22:00 32 Baxış
IMG

İranda baş verən hadisələrdən sonra Azərbaycan ərazisində radiasiyanın səviyyəsinin yoxlanılması üçün mütəxəssislər Astaraya ezam olunublar.

 

Tvit.az xəbər verir ki, İranda nüvə obyektlərinə zərbə endirilməsindən sonra Azərbaycanın cənub ərazilərində radiasiya dərəcəsini müəyyən etmək üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssisləri Astarada tədqiqatlara başlayıblar.

 

Artıq Astara sərhəd zonasında tədqiqatlar yekunlaşıb.

 

Hazırda mütəxəssislər digər ərazilərdə tədqiqatı davam etdirirlər.