Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Air Arabia" şirkəti Yaxın Şərqdəki münaqişəyə görə uçuşları təxirə salıb
dünya

"Air Arabia" şirkəti Yaxın Şərqdəki münaqişəyə görə uçuşları təxirə salıb

13-06-2025 21:00 50 Baxış
IMG

"Air Arabia" Yaxın Şərqdə münaqişənin kəskinləşməsi ilə əlaqədar Rusiya və bir sıra digər ölkələrə uçuşları dayandırıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, BƏƏ-yə məxsus Air Arabia aviaşirkəti Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, İordaniya, İraq, İran, Qazaxıstan, Qırğızıstan və Özbəkistana uçuşları 14 iyuna qədər dayandırıb. Aviaşirkətin bəyanatına görə, bu qərar "Yaxın Şərqdəki mövcud vəziyyət və hava məkanının bağlanması" ilə əlaqədar qəbul olunub.

Aviaşirkət əlavə edib ki, digər ölkələrə bəzi reyslər də gecikib.

Aysel Şirinova