Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qırıcı təyyarələrimizlə bağlı xəbər yalandır - MEDİA-dan açıqlama (YENİLƏNİB)
sosial

Qırıcı təyyarələrimizlə bağlı xəbər yalandır - MEDİA-dan açıqlama (YENİLƏNİB)

13-06-2025 14:00 40 Baxış
IMG

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda sosial şəbəkələrin xarici seqmentində guya Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etdiklərinə dair həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Bu barədə "Tvit.az"a Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən açıqlama verib.

Bildirmək istərdik ki, informasiya manipulyasiyası məqsədilə hazırlanmış bu tip “xəbərlər” saxtadır və qətiyyən reallığı əks etdirmir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq.

***

Bəzi erməni və rus teleqram kanallarında Azərbaycanla bağlı növbəti feyk məlumat yayılıb.

"Tvit.az" xəbər verir ki, sözügedən saxta məlumatda Azərbaycanın İran raketləri və kamikadze PUA-larının mümkün hücumunu dəf etmək üçün öz qırıcı təyyarələrini hazır vəziyyətə gətirdiyi bildirilib.

İsrail və İran münasibətlərinin gərginləşdiyi bir zamanda heç bir reallığı əks etdirməyən bu saxta məlumatların yayılması onu deməyə əsas verir ki, bütün bunlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.