Hindistanda qəzaya uğrayan təyyarədə 1 nəfər Kanada, 7 nəfər Portuqaliya və 53 nəfər Böyük Britaniya vətəndaşları olub.
Tvit.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bundan əlavə, sərnişinlərdən ən azı 100-nün öldüyü bildirilib.
Qeyd edək ki, göyərtəsində 242 nəfərin olduğu təyyarə Londona uçarkən qəzaya uğrayıb.
Aysel Şirinova