Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Avtobus zolaqlarında maşınlara minib-düşmək olacaq - VİDEO
sosial

Avtobus zolaqlarında maşınlara minib-düşmək olacaq - VİDEO

12-06-2025 12:00 37 Baxış
IMG

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır.

"Tvit.az" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 

Bildirilib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir.

Qeyd olunub ki, məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.