Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Bu ölkədə qar və daşqınlar nəticəsində 7 nəfər öldü
dünya

Bu ölkədə qar və daşqınlar nəticəsində 7 nəfər öldü

11-06-2025 17:00 36 Baxış
IMG

Cənubi Afrikada güclü yağış və qarın səbəb olduğu daşqınlarda 7 nəfər ölüb.


Tvit.az xəbər verir ki, səlahiyyətlilər evlərin və avtomobillərin su altında qaldığı Şərqi Keyp əyalətində 7 cəsədin tapıldığını bildirib.


Qeyd olunub ki, sel zamanı orta məktəb şagirdlərini daşıyan avtobusu sel suları aparıb, ağacdan yapışan 3 uşaqdan başqa avtobusda olan hər kəs itkin düşüb.


Səlahiyyətlilər avtobusun 22 nəfərlik tutumunun olduğunu, lakin göyərtəsində olan uşaqların sayının bilinmədiyini və təbii fəlakətə müdaxilə qruplarının hərəkətə keçdiyini qeyd edib.


Elmin Alışov