BMT Təhlükəsizlik Şurası sabah ABŞ, Britaniya, Fransa, Yunanıstan, Panama və Cənubi Koreyanın tələbi ilə İranın uranın zənginləşdirilməsini artırması ilə bağlı qapalı iclas keçirəcəyini açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, bu gün Avropa İttifaqı və ABŞ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının iclasında ayrı-ayrılıqda bəyanat verərək, İranın nüvə proqramının şəffaflığının olmaması, tələblərə əməl edilməməsi və irəliləyişini tənqid ediblər.
Elmin Alışov