Çinlə ticarət sazişi demək olar ki, hazırdır və iki ölkə liderlərindən yekun razılıq almalıdır.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.
"Çinlə razılaşmamız hazırdır və Çin Xalq Respublikasının Sədri Si Tszinpin və mənim tərəfimdən yekun təsdiqə tabedir", – deyə amerikalı lider Truth Social sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Çin ABŞ-a nadir torpaq metalları tədarük edəcək.
"Biz ümumilikdə 55% tarif alırıq, Çin isə 10%", – deyə prezident əlavə edib. Görünür, söhbət ABŞ-ın Çin mallarına tətbiq etdiyi gömrük rüsumlarının 55%, Çin tərəfinin isə Amerika məhsullarına tətbiq etdiyi tariflərin 10% olması barədə gedir.
Aysel Şirinova