Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Kim Jong Putini təbrik etdi
dünya

Kim Jong Putini təbrik etdi

11-06-2025 15:00 36 Baxış
IMG

Şimali Koreyanın Dövlət İşləri üzrə Sədri Kim Çen In Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə qarşıdan gələn Rusiya Günü münasibətilə təbriklərini çatdırıb.

Tvit.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.

Təbrik teleqramını Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə KXDR-in Moskvadakı səfiri Sin Xon Çxol təqdim edib.

9 may tarixində KXDR lideri Kim Çen In Qələbə Günü münasibətilə Rusiya Federasiyasının Pxenyandakı səfirliyini ziyarət edib və bəyan edib ki, Xalq Respublikasında bu bayramın sevincini “ittifaq dövləti olan dostlarla” bölüşürlər.

Aysel Şirinova