Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran Yaxın Şərqdəki bütün ABŞ bazalarına zərbə endirəcəyi ilə hədələyib
dünya

İran Yaxın Şərqdəki bütün ABŞ bazalarına zərbə endirəcəyi ilə hədələyib

11-06-2025 12:00 85 Baxış
IMG

İran, ABŞ-lə silahlı münaqişə başlandığı təqdirdə Yaxın Şərqdəki bütün Amerika hərbi bazalarına hücum edəcək.

Tvit.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının müdafiə naziri, general-mayor Əziz Nasirzadə bəyan edib.

“Amerika tərəfinin bəzi nümayəndələri hədələyirlər ki, əgər danışıqlar nəticə verməsə, iş toqquşmaya gedəcək. Ümid edirəm ki, danışıqlar uğurla başa çatacaq, lakin əgər bizə silahlı qarşıdurma məcbur edilərsə, düşmənin itkisi şübhəsiz daha çox olacaq və bu halda ABŞ regionu tərk etməli olacaq. Bütün Amerika bazaları bizim əlçatanlıq zonamızdadır və onlar yerləşdikləri ölkələrin ərazisində biz tərəddüdsüz zərbələr endirəcəyik”, – deyə o, İranın dövlət radio-televiziya şirkətinin efirində bildirib.

Aysel Şirinova