ABŞ-ın Nyu York şəhərində İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni mühacirlərə dəstək nümayişləri zamanı 65 nəfər saxlanılıb.
Tvit.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bildirilib ki, minlərlə insan ICE-nin şəhər və ölkə daxilində davam edən deportasiyalarına etiraz etmək üçün Aşağı Manhettendəki Foley meydanına toplaşıb.
Müxtəlif şüarlar səsləndirən etirazçılar Federal Plaza ətrafındakı yolları bağlayıblar.
Elmin Alışov