Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Mask Tramp haqqında yazdığı paylaşımlara görə peşman olduğunu bildirib
dünya

Mask Tramp haqqında yazdığı paylaşımlara görə peşman olduğunu bildirib

11-06-2025 11:00 65 Baxış
IMG

İlon Mask ABŞ prezidenti Donald Tramp haqqında paylaşdığı bəzi mesajlara görə peşman olduğunu bildirib.

Tvit.az xəbər verir ki, bu barədə o, X sosial media hesabında yazıb.

"Prezident Donald Tramp haqqında ötən həftə etdiyim bəzi paylaşımlara görə peşmanam. Onlar həddindən artıq kəskin oldu", – deyə Mask X sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, 5 iyun tarixində Tramp və Mask sosial şəbəkələrdə sərt fikirlər mübadiləsi aparıblar. Mask bildirib ki, onun dəstəyi olmasaydı, Tramp 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gələ bilməzdi. O, həmçinin Trampa impiçment elan olunması ideyasını dəstəkləyib, Ağ Ev tərəfindən irəli sürülən dövlət xərclərinin azaldılması haqqında qanun layihəsini və prezidentin tətbiq etdiyi idxal rüsumlarını tənqid edib. Mask, əlavə olaraq, ABŞ iqtisadiyyatında 2025-ci ilin ikinci yarısında tənəzzül olacağını proqnozlaşdırıb.

Aysel Şirinova