Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakı-Ağstafa qatarı üzrə əlavə reyslər təyin edildi
sosial

Bakı-Ağstafa qatarı üzrə əlavə reyslər təyin edildi

10-06-2025 20:00 50 Baxış
IMG

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 14 və 16 iyun tarixlərində əlavə qatar reysləri təyin edib.

 

Tvit.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

 

"Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.