Hindistan terror hücumları ilə təhrik edilərsə Pakistana hücum etməyə hazırdır.
Tvit.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar “Politico” nəşrinə müsahibəsində deyib.
Toqquşmalara səbəb olan şərtlərin dəyişmədiyini bildirən Caişankar Pakistanı minlərlə terrorçu yetişdirməkdə və onları Hindistana boşaltmaqda günahlandırıb.
Elmin Alışov