Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Hər 44 dəqiqədən bir Yerə siqnal göndərən sirli göy cismi kəşf edildi
dünya

Hər 44 dəqiqədən bir Yerə siqnal göndərən sirli göy cismi kəşf edildi

29-05-2025 08:00 86 Baxış
IMG

Astronomlar vaxtaşırı Yerə qəribə radio və rentgen siqnalları göndərən sirli göy cismi aşkar ediblər. 


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


“ASKAP J1832-0911” adlanan bu göy cismi 44 dəqiqədən bir iki dəqiqə fasiləsiz olaraq radio dalğaları və rentgen şüaları yayır.


Elm adamlarının "gördüyümüz heç bir şeyə bənzəməyən" kimi təsvir etdikləri bu obyekt səmada tamamilə yeni bir fiziki hadisənin əlaməti ola bilər.


Elmin Alışov