Ermənistanın baş naziri Nikol Paşinyan, Fransanın xarici işlər naziri Jan-Noel Barron başda olmaqla nümayəndə heyətini qəbul edib.
Tvit.az xəbər verir ki, bu barədə emrəni KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, Paşinyan, Fransa ilə əməkdaşlığın inkişaf etdirilməsinin xüsusilə, yaxınlarda Prezident Makronla keçirilən görüş fonunda aktual olduğunu qeyd edib.
Barro isə öz növbəsində Fransanın Ermənistana həm siyasi, həm də iqtisadi sahədə dəstək verməyə hazır olduğunu bildirib. Tərəflər infrastrukturun inkişafı, investisiyaların cəlb edilməsi və yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib, həmçinin Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Fransanın xarici işlər naziri hazırda Yerevanda səfərdədir.
Aysel Şirinova