Vaşinqton Rusiya-Ukrayna müzakirələrində ən fəal vasitəçilik hissəsini götürür.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"ABŞ hələ də ən fəal iştirak edir", - Kreml sözçüsü deyib.
Bununla yanaşı, o əlavə edib ki, Türkiyə müzakirələr üçün platforma təqdim edib.
"Türkiyə yer verdi, Türkiyə həqiqətən də öz vasitəçilik xidmətlərini təklif edir. Bütün digər ölkələr kimi biz də türkiyəli həmkarlarımıza və dostlarımıza minnətdarıq", - Peskov deyib.
Aysel Şirinova