Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya ABŞ-nin təhlükəsizlik naziri İsrail XİN ilə görüşdü
dünya

ABŞ-nin təhlükəsizlik naziri İsrail XİN ilə görüşdü

26-05-2025 15:00 111 Baxış
IMG

İsrailin xarici işlər naziri Saar işgüzar səfərə gələn ABŞ-ın daxili təhlükəsizlik naziri Noemi qəbul edib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Nazirlər Vaşinqtonda terror aktı zamanı həlak olan Yaron Liszczynski və Sarah Milgrim-in xatirəsini anma mərasimində iştirak ediblər.

Saar Noemə səfərə və hazırda hücumla bağlı aparılan intensiv araşdırmaya görə təşəkkür edib.

"İsrailin ABŞ-dan yaxşı dostu və müttəfiqi yoxdur. Dəstəyinizə görə sizə təşəkkür edirik. Birləşmiş Ştatların da İsraildən daha sadiq və təsirli tərəfdaşı yoxdur", - deyə əlavə edib.

Qyed edək ki, ABŞ rəsmisi bundan əvvəl baş nazir Binyamin Netanyahu ilə görüşərək Qəzza ilə bağlı müzakirələr aparıb.

Aysel Şirinova