Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya “Türk Hava Yolları” Moskvaya reysləri ləğv etdi
dünya

“Türk Hava Yolları” Moskvaya reysləri ləğv etdi

26-05-2025 15:00 65 Baxış
IMG

Türk Hava Yolları ötən gecə hava limanlarında tətbiq edilən məhdudiyyətlər səbəbindən Moskvaya uçuşları ləğv edib.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyasından məlumat verilib.

"Mayın 26-na kecən gecə Rusiyanın mərkəzi hava limanlarında təyyarələrin gəlişi və yola salınması ilə bağlı məhdudiyyətlər yenidən tətbiq edilib. Bu isə Domodedovo, Vnukovo və Zhukovskinin qrafikində dəyişikliklərə səbəb oldu. Uçuşların 60%-ə qədəri qrafikdən çıxır və ya ləğv edilir. Xüsusilə, "Türk Hava Yolları"nın gediş-gəlişlərinin müntəzəmliyi əziyyət çəkdi", - məlumatda qeyd edilib.

Baş direktor Anna Podqornaya  texniki səbəblərdən, bəzi hallarda "Türk Hava Yolları" aviaşirkəti gecikmə statusunun yerinə uçuşun ləğv edildiyini qeyd edib.

Aysel Şirinova