Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aviasiya orqanları ölkə üzərindəki hava məkanını qismən bağlayıb.
Tvit.az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərq hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib.
Agentliyin mənbəsi bildirib ki, "BƏƏ-nin hava məkanı qismən bağlıdır". Onun sözlərinə görə, aviasiya orqanları ölkənin hava limanlarına və hava limanlarından uçuşlar üçün dörd xüsusi dəhliz müəyyən edib.
Aysel Şirinova