İranın Xarici İşlər Naziri Abbas Əraqçı ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, telefon danışığında ABŞ və İsrail ilə münaqişənin bitməsi ilə bağlı İranın mövqeyi müzakirə edilib.
Məlumata görə, cümə axşamı axşam saatlarında baş tutan telefon danışığı zamanı İranın xarici işlər naziri Abbas Araqçi Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İran İslam Respublikasının müharibə və ABŞ-la təcavüzün dayandırılması ilə bağlı son mövqeləri və təşəbbüsləri ətrafında fikir mübadiləsi aparıb.
Aysel Şirinova