Bu gün Kiyevin Avropa İttifaqına inteqrasiya üçün real imkanları yoxdur.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik mətbuata bildirib.
"Ukrayna heç vaxt Avropaya aparılmayacaq. Bu gün oraya [Aİ-yə] getmək üçün heç bir seçimi yoxdur. Yəni, əvvəllər NATO-ya qoşulmaq üçün çağırış olubsa və bu konstitusiyada təsdiqlənibsə, indi artıq kifayət qədər aydın anlaşma var ki, heç kim Ukraynanı Aİ-yə aparmayacaq,"- diplomat vurğulayıb.
Aysel