Avropa İttifaqının sanksiyaları əvvəlkilər qədər təsirsiz olacaq.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Onun sözlərinə görə, Rusiya bu sanksiya məhdudiyyətlərini qanunsuz hesab edir. Qruşko əlavə edib ki, Moskvanın cavabı yeni paketin diqqətlə nəzərdən keçirilməsindən sonra olacaq.
Qeyd edək ki, bu gün Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi qəbul edib.
Elmin Alışov