Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Yaxın Şərq münaqişəsi zamanı 80-dən çox enerji obyekti zədələnib
dünya

Yaxın Şərq münaqişəsi zamanı 80-dən çox enerji obyekti zədələnib

21-04-2026 14:00 33 Baxış
IMG

Yaxın Şərq münaqişəsi nəticəsində 80-dən çox enerji obyekti zərər görüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi məlumat yayıb.

 

"Yaxın Şərqdəki hücumlar nəticəsində 84 enerji obyekti zədələnib, onlardan 34-ü ciddi və çox ciddi ziyan görüb", - deyə agentlikdən bildirilib.

 

Qeyd edilib ki, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyatın enerji təhlükəsizliyinə ciddi təhdid yaradır. Boğazdan gündəlik təxminən 13 milyon barel neft daşınır, qlobal tələbat isə 100 milyon bareldir. Münaqişə zamanı qlobal bazarlara təbii qaz tədarükündə itkilər təxminən 100 milyard kubmetr təşkil edir.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri bildirib ki, "Hörmüz boğazı dərhal hər kəsi qane edəcək şəkildə açılsa belə, neft və təbii qaz tədarükünün tezliklə müharibədən əvvəlki səviyyəyə qayıtmasını gözləmək həddindən artıq optimist olardı. Bu zədələnmiş obyektlərdə istehsalın normal vəziyyətə qayıtması ən azı iki il, bəzi hallarda isə iki ildən çox çəkə bilər".

 

Birol həmçinin bildirib ki, hazırda Fars körfəzi bölgəsində 200-dən çox neft tankeri və 10 mayeləşdirilmiş təbii qaz gəmisi var.