Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran səfiri: ABŞ Tehrana yeni danışıqlar planı hazırlamağı təklif edib
dünya

İran səfiri: ABŞ Tehrana yeni danışıqlar planı hazırlamağı təklif edib

20-04-2026 15:00 32 Baxış
IMG

İranın ABŞ-ın 15 maddəlik sülh planını rədd etməsindən sonra Vaşinqton vasitəçilər vasitəsilə Tehrana yeni danışıqlar planı yaratmağı təklif edib.

 

Tvita.az xəbər verir ki, bu barədə İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali "Vedomosti" qəzetinə verdiyi müsahibədə bildirib.

 

 

"Biz həmişə danışıqlara hazır olduğumuzu bildirmişik. Amma güc və təhdid mövqeyindən yox. Təzyiq altında danışıqlar yox. Amerikalılar [əvvəlcə] danışıqlar üçün 15 bəndlik plan göndərdilər.  Və biz onların 15 bəndlik planını qəti şəkildə rədd etdik. Biz bununla razılaşa bilmədik. Sonra isə amerikalıların özləri vasitəçilər vasitəsilə İrana yeni bir plan hazırlamağı təklif etdilər", - deyə o bildirib.

 

Səfir əlavə edib ki, İran 10 maddəlik plan hazırlayıb. Vasitəçilərin sözlərinə görə, ABŞ bu plana razılıq verib və bu, danışıqlar üçün əsas ola bilər.

 

Aysel Şirinova