Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Çinlə əməkdaşlıq ən aşağı səviyyədədir - Litva Prezidenti
dünya

Çinlə əməkdaşlıq ən aşağı səviyyədədir - Litva Prezidenti

03-02-2026 11:00 29 Baxış
IMG

Litva Çinlə normal diplomatik münasibətlərin bərpasında maraqlıdır.

Tvit.az xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda bəyan edib.

“Litva Çinlə diplomatik münasibətlərin faktiki olaraq mövcud olmamasından heç bir məmnunluq duymur. Bu münasibətlər ən aşağı səviyyədədir. Lakin onların bərpası üçün hər iki tərəfin istəyi lazımdır”, - deyə o, bildirib.

Prezidentin fikrincə, Avropa Çinlə bağlı mövcud bir neçə formalaşmış baxış arasında seçim etməlidir. Çin həm iqtisadi tərəfdaş, həm rəqib, həm də strateji opponent kimi qəbul olunur.

 

Aysel Şirinova