Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Brüssel bu məsələyə biganə yanaşır" - Orban
dünya

"Brüssel bu məsələyə biganə yanaşır" - Orban

29-01-2026 12:00 18 Baxış
IMG

 Avropalıların dörddə üçü Ukraynanın Aİ-yə sürətləndirilmiş qaydada qəbul olunması ideyasını rədd etdiyi halda, Brüssel buna biganə yanaşır.

Tvit.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.

"Brüssel nə olursa-olsun, irəliləməyə davam edir. İnsanların nə düşündüyü onlar üçün önəmli deyil. Avropa hökumətlərindən yalnız az bir qismi Brüsselin iradəsinə qarşı duracaq qədər gücə malikdir", - deyə o, X sosial şəbəkəsində yazıb.

Orban qeyd edib ki, Kiyevin təşkilata sürətlə qoşulması ilə macarların 95 faizi razı deyil. Baş nazirin sözlərinə görə, bunun səbəbi onların macar fermerlərini, ölkənin təhlükəsizliyini və sülhü qorumaq istəmələridir.

 

Aysel Şirinova