ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff yanvarın 22-də Rusiya lideri Vladimir Putinlə görüşəcək.
Tvit.az xəbər verir ki, bu barədə Stiven Uitkoff özü bildirib.
“Biz Putinlə cümə axşamı görüşməliyik. Görüşün keçirilməsini Rusiya tərəfi xahiş edib”, — deyə Uitkoff müsahibəsində bildirib.
Qeyd edək ki, məlumatı Rusiya Federasiyası mətbuat katibi Dmitri Peskov da təsdiqləyib.
Aysel Şirinova