Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyə bayrağı ilə insident törədənlər tutuldu
dünya

Türkiyə bayrağı ilə insident törədənlər tutuldu

21-01-2026 13:00 16 Baxış
IMG

Türkiyədə Suriya ilə sərhəddə Türkiyə bayrağı ilə bağlı törədilmiş təxribatda iştirak edən 14 nəfər həbs edilib.

Tvit.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

 Onun sözlərinə görə, insidentlə əlaqədar ümumilikdə 50 nəfər barəsində həbs qərarı çıxarılıb, onlardan 35-i artıq saxlanılıb. Nazir əlavə edib ki, hazırda bayrağı endirən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Eyni zamanda, Türkiyənin “Telegram” kanalları bayrağın endirilməsi ilə bağlı videolar yayımlayaraq, növbəti təxribatın İraq Kürdüstanının Ərbil şəhərində baş verdiyini bildiriblər. Görüntülərə dair hələlik rəsmi məlumat yoxdur.

 

Aysel Şirinova